Dörd ayda əmtəəlik elektrik enerjisi istehsalı 8,3 milyard kilovat/saat olub

1

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 8 milyard 606 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ondan əmtəəlik 8 milyard 340,4 milyon kilovat/saat elektrik enerjisi alınıb.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, həmin həcmin 7 milyard 959,8 milyon kilovat/saatı istilik, 334,1 milyon kilovat/saatı su, 12,9 milyon kilovat/saatı günəş, 33,6 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.

Şərh yaz