Bu il Azərbaycanda 9,4 milyard kubmetrdən çox əmtəəlik təbii qaz alınıb

2

Yanvar-aprel aylarında ölkədə 12 milyon 455,7 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 13 milyard 409 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 9 milyard 415,2 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, 4 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 8,2 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 1,4 faiz artıb.

Ölkədə əmtəəlik neft istehsalı 0,2 faiz azalıb, qaz hasilatı isə 17,1 faiz artıb.

Şərh yaz