Azərbaycanda qalınlığı 15 mikrona qədər olan polietilen torbaların satışı, idxalı və istehsalı tam qadağan edilə bilər

1

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bütün digər maraqlı qurumlar və məsləhətçilərlə birlikdə polietilen torbalardan istifadə ilə bağlı təkliflər paketinin tətbiq olunması cədvəlini hazırlayıb. Burada onların təkcə pullu olması, məhdudlaşdırılması deyil, digər məsələlər də öz əksini tapıb. Sənədlər hazırdır və müvafiq dövlət qurumlarının müsbət rəyindən sonra qüvvəyə minəcək.

Herbiand.az  xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

“Sənədlərdəki tədbirlərdən biri qalınlığı 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsidir. Həmçinin sənədlərdə 15 mikrondan çox plastik polietilen torbaların satışının pullu olması da öz əksini tapıb. Bu, dünyada qəbul olunmuş praktikadır və çox yaxşı nəticələr verib, müxtəlif ölkələrdə polietilen paketlərin istifadəsi azalıb. Bu təcrübə Gürcüstan, Türkiyə və digər ölkələrdə tətbiq edilib və polietilen paketlərdən istifadənin kəskin azalmasına səbəb olub. Azərbaycanda həmin təcrübənin tətbiqi elan olunacaq, lakin hələ ki, bununla bağlı dövlətin qərarı yoxdur ”, – deyə nazir vurğulayıb.

Şərh yaz