İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin portalında 28 May – Respublika Gününə həsr edilmiş geniş məqalə yayılıb

1

lam Əməkdaşlıq Təşkilatının (İƏT) Milli Xəbər Agentlikləri Birliyinin (UNA) portalında 28 May – Respublika Gününə həsr edilmiş geniş məqalə yayımlanıb.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, məqalədə müsəlman Şərqində ilk parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsinin 102-ci ildönümü olduğu qeyd edilir. Cümhuriyyətin tarixindən əraflı söz açılan məqalədə qeyd olunub ki, AXC ölkədə demokratik institutların qurulması, qadınlara seçki hüququnun verilməsi, gender bərabərliyinin təmin olunması kimi mühüm addımlara imza atıb.

Məqalədə bildirilib ki, bolşevik işğalı nəticəsində 23 aydan sonra süqut edən müstəqil demokratik Cümhuriyyətin varisi olan Azərbaycan Respublikası 1991-ci il avqustun 30-da Müstəqillik Bəyannaməsi qəbul edib. Ölkədə milli ordu qurulub və bazar iqtisadiyyatı bərqərar olub, Azərbaycan dünya birliyinin mötəbər üzvünə çevrilib. Məqalədə vurğulanıb ki, müstəqilliyinin ilk illərində Azərbaycan qonşu Ermənistanın təcavüzünə məruz qalıb, ərazisinin 20 faizi işğal olunub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. “Ölkədə xaos və müharibənin davam etdiyi, iqtisadiyyatın tənəzzülə uğradığı ağır şəraitdə Azərbaycan xalqı o vaxt Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Vətəndaş müharibəsi və müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısını alan böyük siyasətçi Azərbaycan Milli Məclisinin Sədri, 1993-cü il oktyabrın 3-də isə Prezident seçildi”, -deyə məqalədə qeyd olunub.

UNA-nın baş məqaləsində yazılıb ki, ulu öndər Heydər Əliyevin müdrik siyasətini davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində bu gün Azərbaycan Qafqaz regionunun lider dövləti və beynəlxalq icmanın nüfuzlu üzvüdür.

Məqalədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkənin sosial-iqtisadi inkişafında, Azərbaycanın dünyada tanıdılmasında mühüm rolu da vurğulanıb. Qeyd olunub ki, fondun təşəbbüsü ilə həm ölkə daxilində, həm də xaricdə humanitar, o cümlədən təhsil, səhiyyə və digər sahələrdə böyük layihələr həyata keçirilib.

Şərh yaz