Bakı Limanının quru yük terminalında konteynerlərlə “Azərbaycan” sözü yazılıb

1

28 May – Respublika Günü ilə əlaqədar Bakı Limanının quru yük terminalında 54 konteynerdən istifadə olunaraq “Azərbaycan” sözü yazılıb.

Herbiand.az saytı AZƏRTAC-a istinadla xəbər verir ki, hər bir hərif 23 metrdən hündür olmaqla, 7 metrədək ərazini əhatə edir. Əlavə olaraq COVID-19 zamanı ümumrespublika birlik simvoluna çevrilən “#BizBirlikdəGüclüyük” həştəqi, dövlət bayrağımız və Bakı Limanının loqosunun əks olunduğu konteynerlər də kompozisiyanı tamamlayıb.

Xatırladaq ki, “#BizBirlikdəGüclüyük” kampaniyası çərçivəsində Bakı Limanı tərəfindən limanın yerləşdiyi Ələt qəsəbəsində yaşayan 300 ailəyə ərzaq yardımı olunub.

Şərh yaz