31 may 2020-ci il tarixdə Milli Məclisin iclası keçirilib.

16

Millət vəkili Vahid Əhmədov Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqova qarşı qərəzli mövqe ilə çıxış edib. Vahid Əhmədov buna səbəb olaraq düşmənlərimizin Şuşada andiçmə mərasimi keçirtdiklərini və buna qarşı lazımi tədbirlərin olmadığını göstərib. Bir çox ehtiyatda olan zabit və şəxsən mən – ehtiyatda olan polkovnik-leytenant İsmayıl Abdullayev Millət vəkilinin bu addımını düzgün hesab etmirik. Bildiririk ki, bu tənqiddə Millət vəkili V. Əhmədov tərəfindən Respublikamızın ordu rəhbərliyinə qarşı qərəzli mövqe var. Müdafiə Nazirliyi tərəfindən deputatın bu çıxışına dərhal lazımi cavab verilib və ona izah olunub ki, müharibənin başlanılması qərarı birinci növbədə Milli Məclisdə müzakirəyə çıxarılmalıdır. Daha sonra isə Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevə təqdim olunmalıdır və Ali Baş Komandan bu qərara əsasən əmr verməlidir.
Ölkəmizin hər hansı bir məmurunun, Millət vəkilinin və ya vaxtı ilə yüksək vəzifədə işləmiş insanların bu cür tənqid xarakterli çıxışları ancaq düşmən dəyirmanına su tökmək kimi bir işdir.
Sonda deyə bilərik ki, Millət vəkili Vahid Əhmədov 1992-ci ildə Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini işlədiyi dövrdə müxtəlif əhəmiyyətli qərarlarıda tələsik verilirdi. Bunun da əziyyətini illərdi bütün ölkə vətəndaşları olaraq cəkirik.Bundan əlavə, millət vəkilinin keçmiş Müdafiə naziri general-polkivnik Səfər Əbiyevlə də isti münasibətləri olub və həmin vaxtlar Millət vəkili müxtəlif tenderlərdə iştirak edib, ona görə də onun Müdafiə Nazirliyinin hazırkı rəhbərliyinə qarşı qərəzli mövqeyi var.
Ümüdvarıq ki, gələcəkdə ölkəmizin mühüm vəzifələrində oturan məmurlarımız bu cür çıxışlarla daimi bizim müstəqil ölkə kimi məhv olmağımızı arzulayan düşmənlərimizə bizə qarşı hər hansı xoşagəlməz addımlar atmağa bəhanə verməyəcəklər.

Şərh yaz