Bu gün koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 6968 test aparılıb

2

İyunun 2-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6968 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 309 min 901-ə çatıb.

Məlumatda bildirilib ki, hazırda ölkəmizdə aktiv koronaviruslu xəstələrin sayı 2300-ə bərabərdir. Xəstələrdən 95 nəfəri reanimasiyadadır ki, onlardan da 14-ü süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyunun 2-də Azərbaycanda koronavirusa daha 273 yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1943, 1954, 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat edib, 2300 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Şərh yaz