GƏNCLƏR SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

3

Gənclərin sahib olduğu milli mənlik şüuru nəsillərdən nəsillərə ötürülə bilir. Milli mənlik hər bir xalqın özünəməxsus tarixi inkişaf prosesinin məhsuludur. İnsanların həyat və məişət tərzindən tutmuş, bir sıra faktorlar ümumilikdə gənclərin mənəvi tərbiyəsinin əsasını təşkil edir. Gənclərin mənəvi tərbiyəsinə Vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. buna bənzər dəyərlər daxildir. Bu dəyərlər gənclərimizdə milli mənlik şüurunu və vətənpərvərlik hislərini formalaşdırır. Qürur hissi ilə deyirik ki, bu gün ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan, azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu formalaşıb. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftə mən fikirlərimi sizinlə bölüşəcəm.

Hər bir insanda vətənpərvərlik tərbiyəsinin əsası ailədə qoyulur. Ona görə də ailədə bu tərbiyə yalnız planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalı, uşaqların yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnməsinə və şəxsiyyət kimi formalaşmasına daim diqqət yetirilməlidir. Azərbaycan cəmiyyətində, ailələrdə hərbi-vətənpərvərlik tərbiyəsi yüksək səviyyədə olmalıdır, cəmiyyətimizdə vətənpərvərlik təbliğatının bir an belə dayandırılmaması çox vacibdir. Sabahımız olan uşaqlar, yeniyetmə və gənclər tariximizi bilməlidir, qəhrəmanlarımızı tanımalıdırlar. Çalışmaq lazımdır ki, uşaqlar nizam-intizamlı, savadlı böyüsün, ölkəmizin tarixini, coğrafiyasını, mədəniyyətini, milli dəyərlərini bilsin və Vətəni sevsinlər.

Ümummilli Lider Heydər Əliyevin də vurğuladığı kimi “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”. Ölkəmizin uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradır. Bu tərəqqinin geniş vüsət almasında gənclərin də rolu böyükdür. Həyata keçirilən bu siyasət gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının möhkəmləndirilməsi, bir sözlə, hərtərəfli inkişafı üzərində qurulub. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan gənclər siyasəti bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında fəal fəaliyyəti ilə seçilir və ictimai-siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində ciddi rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin vacib qüvvəsinə çevrilib.

Gənclər siyasətinin bir sıra əsas istiqamətləri vardır. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakında əsas məsələlər nələrdən ibarətdir?

  • Müvafiq icra hakimiyyəti orqanları gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədi ilə hərbi-tətbiqi idman növlərinin və hərbi idman oyunlarının keçirilməsi, gənclərin mədəni-kütləvi tədbirlərə cəlb edilməsini həyata keçirirlər.
  • Dövlət gənclərin dünya görüşünün formalaşmasına, mənəvi-əxlaqi tərbiyəsinə yönəlmiş televiziya və radio verilişlərinin, teatr tamaşalarının və filmlərin hazırlanmasına, ədəbiyyatın və mətbuat orqanlarının nəşrinə kömək göstərir.
  • Müvafiq icra hakimiyyəti orqanları gənclərin mənəvi-əxlaqi tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər zərərli vərdişlərə olanmənfi meyllərin azaldılması və aradan qaldırılması , habelə cəzaçəkmə müəssisələrindən azad edilmiş gənclərin sosial adaptasiyası üçün tədbirlər həyata keçirirlər.
  • Gənclərin və gənclər təşkilatlarının teatr, konsert və sərgi salonlarından, yaradıcılıq emalatxanalarından, studiyalardan, laboratoriyalardan istifadəsi üçün müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən güzəştlər müəyyən edilə bilər.
  • Gənclərin ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə sosial-psixoloji, hüquqi və informasiya yardımının göstərilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılır.
  • Bu Qanunun 5.5-ci maddəsində nəzərdə tutulan “Gənclər evi” sosial xidmət müəssisələrində risk qrupunda olan gənclərə, ilk növbədə, aşağıdakı xidmətlər göstərilir: [21]
  • 6.1. risk qrupunda olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin edilməsi;
  • 6.2. risk qrupunda olan gənclərin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına kömək göstərilməsi;
  • 6.3. risk qrupunda olan gənclər üçün psixoloji reabilitasiya və psixoloji korreksiya kursunun təşkil edilməsi;[22]
  • 6.4. cəzaçəkmə müəssisələrindən azad edilmiş sosial adaptasiyaya ehtiyacı olan gənclərin sosial adaptasiya mərkəzlərinə yerləşdirilməsinə kömək göstərilməsi;
  • 6.5. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq risk qrupunda olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsi;
  • 6.6. risk qrupunda olan gənclərin sosial müdafiəsi və sosial təminatı ilə bağlı digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsi.
  • 7. 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədi ilə aşağıdakılara yol verilmir:
  • 7.1. onlara tütün məmulatlarının, spirtli və energetik içkilərin satışına;
  • 7.2. onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına;
  • 7.3. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinə.
  • 8. Müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsini, onların həyatına, fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək məqsədi ilə “təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edirlər.
  • 9. Müvafiq icra hakimiyyəti orqanları, kütləvi informasiya vasitələri, televiziya və radio yayımçıları, sosial media vasitəsilə gənclərdə vətənpərvərlik, milli və ümumbəşəri dəyərlərə hörmət hisslərinin, dövlətçilik prinsiplərinə sadiqliyin gücləndirilməsi, tolerantlığın və multikulturalizmin təbliği məqsədi ilə dövlət rəmzləri, ölkə və dünya tarixi, mədəniyyəti, tarixi şəxsiyyətlər, Milli qəhrəmanlar haqqında elmi-populyar verilişlər hazırlayırlar və maarifləndirici layihə və proqramlar həyata keçirirlər.

Göründüyü kimi Azərbaycan dövlətinin gənclər siyasətinin əsas məqsədi intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənclər yetişdirməkdir. Ulu öndər Heydər Əliyev ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlar həyata keçirmişdir. Sevindirici haldır ki, bu gün ­Prezident İlham Əliyev tərəfindən gənclər siyasəti uğurla davam etdirilir. Bu gün də gənclər siyasəti Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsində gənclərə böyük inam bəsləyir, onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
Prezident İlham Əliyev tərəfindən gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın (2005-2009-cu illər) təsdiqi gənclərə dövlət qayğısının artırılmasının göstəricisidir. Həmin sərəncamda gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri bütövlükdə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək, gəncləri daha təşəbbüskar və fəal olmağa təşviq edib.

Aytən NAZİMQIZI
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb

Şərh yaz