Sabirabadda maskadan istifadə etməyən şəxslər cərimələniblər

1

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması istiqamətində tədbirləri fasiləsiz davam etdirirlər.

Herbiand.az  AZƏRTAC-a istinadla verdiyi məlumata görə, polis əməkdaşları sakinlərin daha sıx toplaşdıqları, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, onlara sanitar rejimin tələblərini izah edib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruriliyini diqqətə çatdırıblar.

Bununla yanaşı, xəbərdarlıqlara riayət etməyən və karantin rejiminin tələblərini pozmaqda davam edən vətəndaşlar barəsində qanuna müvafiq tədbirlər görülüb. Onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimələnib.

Şərh yaz