Özbəkistanda koronavirusdan ilk həkim ölümü qeydə alınıb

2

Özbəkistanda COVID-19 koronavirusuna yoluxmuş 52 yaşlı həkimin həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, ölkədə ilk həkim ölümü qeydə alınıb.

Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, son gündə ölkədə virusa 225 yoluxma halı aşkarlanıb, xəstələrin ümumi sayı 7813 nəfərə çatıb.

Pandemiya dövründə Özbəkistanda virusdan 21 nəfər ölüb, 5 min 248 xəstə sağalıb. Hazırda respublikanın tibb müəssisələrində 2 min 544 xəstənin müalicəsi davam edir. Onlardan 19-nun vəziyyəti ağırdır.

Şərh yaz