Türkiyə xarici işlər naziri ilə ABŞ-ın dövlət katibi arasında görüş keçirilib

12

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında Santo-Dominqo şəhərində (Dominikan Respublikası) görüş keçirilib.
“Herbiand.az” AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Anadolu agentliyinə canlı bağlantı vasitəsilə görüşün məzmunu barədə açıqlama verib.
Son günlər Aralıq dənizində baş verən hadisələrlə bağlı bir sıra ölkələrinin xarici işlə nazirləri ilə mühüm müzakirələr apardığını diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu bildirib ki, ABŞ-lı həmkarı ilə müzakirə zamanı Türkiyənin haqlı olduğunu və fəaliyyətinin hüquqi əsaslara söykəndiyini ifadə edib. Tərəflər ikitərəfli münasibətlərə dair bəzə məsələlər ətrafında fikir mübadiləsi aparıb, Liviya böhranını dəyərləndiriblər. Həmçinin Liviya məsələsində Türkiyə və ABŞ ekspertləri səviyyəsində müşavirələrin davam etdirilməsi barədə razılıqlarını ifadə ediblər.
Nazir eyni zamanda, açıqlamasında ABŞ prezidentliyinə namizəd Joe Bidenin Türkiyə barədə sözlərinə kəskin ifadələrlə qarşılıq verib.

Sabir Şahtaxtı

Şərh yaz