“Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası” mövzusunda təlim keçirildi

11
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlərin üçüncüsü baş tutmuşdur.
“Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası” mövzusunda reallaşan onlayn təlim Türkiyənin tanınmış media təlimçisi –“TRT”, “Kanal D”, “Star TV” televiziya kanalları, habelə bir sıra digər qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik jurnalist Bora Balar tərəfindən təqdim olunmuşdur.
Təlimdə müasir jurnalistikanın tələblərindən bəhs olunmuş, yeni dövrün jurnalistikasında rəqəmsal texnologiyalardan düzgün və yerində istifadə qaydaları barədə məlumat verilmişdir. Həmçinin müasir jurnalistikada sosial şəbəkələrin funksiyaları, informasiyanın yayılmasının izlənilməsi, innovasiya texnologiyalarından sərbəst istifadə metodları nümayiş etdirilmişdir. Daha sonra adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılmışdır.
Qeyd edək ki, KİVDF tərəfindən təşkil olunan təlimdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən 25-dən çox jurnalist iştirak etmişdir. Respublikanın regionlarında da fəaliyyət göstərən media nümayəndələrinin qatıldığı onlayn təlimlərə sabah yekun vurulacaqdır.
Şərh yaz