Hövsan Yaşayış Kompleksində 224 ailə güzəştli mənzilə sahib olub

2

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində bu il iyunun 30-da və iyulun 3-də “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 249 mənzildən 224-nün alqı-satqısı uğurla başa çatdırılıb.

Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, mənzilə sahib olmuş vətəndaşlardan 22-si mənzili öz vəsaiti hesabına, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə ediblər.

Satışın nəticələri barədə statistik məlumatlarla buradan tanış ola bilərsiniz.

Şərh yaz