Gömrük Komitəsi “Smart customs” elektron tətbiqini istifadəyə verir

0

Dövlət Gömrük Komitəsi “Smart customs” elektron tətbiqini istifadəyə verir.

Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, bu tətbiq vasitəsilə fiziki şəxslər tərəfindən xaricdən edilən sifarişlər artıq gömrük orqanına gəlmədən, əlavə vaxt itkisinə məruz qalmadan birbaşa yaşadığı ünvandan sahibinə çatdırılacaq. Azərbaycan gömrük xidmətinin mütəxəssisləri tərəfindən hazırlanaraq tətbiq edilən layihə mobil və veb formatda fəaliyyət göstərəcək. Bu yenilikdən faydalanmaq üçün şəxslərin mobil telefonuna və ya kompüterin yüklədiyi “Smart customs” tətbiqi vasitəsilə asan loqinlə qeydiyyatdan keçərək şəxsi kabinet yaratması kifayətdir.

Sifarişin məbləği və miqdarı qanunvericilikdə nəzərdə tutulan limiti keçdiyi zaman əvvəlcədən müvafiq gömrük ödənişləri elektron qaydada həyata keçirildiyi təqdirdə gömrük orqanına getməyə də ehtiyac yoxdur. Belə ki, bağlama maneəsiz olaraq birbaşa qeyd olunan ünvana çatdırılacaq.

Bütün prosesləri internetə çıxışı olan istənilən məkanda kompüter və ya mobil telefon üzərindən həyata keçirmək mümkündür.

Şərh yaz