Türkiyənin Xarici İşlər naziri və AKP-nin sədr müavini Azərbaycan səfirliyini ziyarət ediblər

2

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfirliyini ziyarət ediblər.
HerbiAnd.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, səfir Xəzər İbrahimlə keçirilən görüşdən sonra yerli kütləvi informasiya vasitələrinə canlı yayımla müsahibə verilib.
Nazir M.Çavuşoğlu və AKP-nin sədr müavini N.Kurtulmuş Azərbaycan-Türkiyə münasibətlərinin təmənnasız qardaşlıq olduğunu ifadə ediblər. Bildirilib ki, Türkiyə hər zaman və hər yerdə Azərbaycanın yanında olmaqda davam edəcək. Necə ki, Azərbaycan Türkiyənin yanındadır. İşğal altındakı torpaqları düşməndən azad etmək Azərbaycanın haqqıdır və Türkiyə Azərbaycanın yanında olacaq.

Sabir Şahtaxtı

Şərh yaz