Hikmət Hacıyev: Azərbaycan-Türkiyə media platforması səylərimizi birləşdirmək üçün vacib təşəbbüsdür

4

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun arasında telefon danışığı olub.
Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.
“Bu gün əziz dostum Fəxrəddin Altun mənə zəng etdi. Ölkələrimizə qarşı qara təbliğata -dezinformasiyaya qarşı birgə fəaliyyətimizi yenidən nəzərdən keçirdik. Azərbaycan-Türkiyə media platforması səylərimizi birləşdirmək üçün vacib bir təşəbbüsdür”, – deyə Hikmət Hacıyev qeyd edib.

Şərh yaz