Türkiyə qaziləri və şəhid ailələrindən Azərbaycana dəstək

3

Ermənistanın Azərbaycana qarşı hücumunun qarşısının alınması və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətindəki mübarizəmizə daha bir dəstək Türkiyə qaziləri və şəhid ailələrindən gəlib.
Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, qardaş Türkiyənin müxtəlif regionlarında fəaliyyət göstərən 5 qazi və şəhid ailələri dərnəyi, o cümlədən 160-dan artıq qazı və şəhid yaxınları ünvanladıqları müraciətdə Azərbaycan Respublikasının Prezidentinə, hökumətinə və Ordusuna tam şəkildə güvəndiklərini və dəstəklədiklərini, Türkiyə dövləti və xalqının torpaqlarını işğaldan azad edən Azərbaycanın yanında olduğunu bildirirlər. Türkiyə qaziləri və şəhid ailələri bu Vətən müharibəsində Azərbaycanla eyni cəbhədə olduqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan üzərində qazandığı hər bir qələbə Türkiyə xalqı və biz qazilər və şəhid ailələri tərəfindən böyük sevinclə qarşılanır”.

 

Şərh yaz