Baş Prokurorluq: Düşmənin mülki əhalini hədəfə alması nəticəsində Bərdə rayonunun Qarayusifli kəndində üç nəfər həlak olub

3

Ermənistanın silahlı qüvvələri humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc mülki əhalisinə qarşı cinayət əməllərini davam etdirir.
Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, oktyabrın 27-də günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Ermənistan silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

Şərh yaz