Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyinin müharibə cinayətləri davam edir

7

Ermənistanın Azərbaycanın Bərdə rayonuna raket hücumu nəticəsində ölənlər arasında bir azyaşlı da var.
Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin uşaq öldürmə siyasəti və müharibə cinayətləri davam edir. Raket hücumu nəticəsində meydana gələn yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülür.
Hikmət Hacıyev Ermənistanın Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayının dörd nəfərə çatdığını qeyd edib.

Şərh yaz