Avstriyada fəaliyyət göstərən ictimai təşkilatlar Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırılıb

2

Avstriya Azərbaycanlıları Cəmiyyəti oktyabrın 25-26-da Avstriya respublikasının Zaltsburg şəhərində yerləşən Azərbaycan Evində Ermənistanın son həftələrdə Azərbaycana qarşı törətdiyi təxribatlar və mülki əhalini hədəfə alması, xüsusilə Gəncə şəhərində törədilən qətliam və ümumilikdə Azərbaycanın Qarabağ uğrunda apardığı haqlı savaşı ilə əlaqədar Avstriyanın bir sıra türk icma və təşkilatları ilə görüşlər keçirib.

Herbiand.az saytı Azertac-a istinadən xəbər verir ki, görüşdə Beynəlxalq Demokratlar Birliyinin Zaltsburq şöbəsinin (UID – Union of International Democrats) rəhbəri Erdoğan Kandemir, Avstriya Linz İslam Federasiyasının (ALİF) Mattiqhofen şöbəsinin nümayəndəsi Mustafa Kocak, Alperen Ocaqları Branau üzrə nümayəndəsi Ahmet Türkoğlu, UID gənclik qolları rəhbəri Abdulbaki Kandemir, Turan camisi və Ülkücü ocaqlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə son 100 ildə ermənilərin Azərbaycana qarşı yürütdükləri soyqırımı siyasətindən, son baş vermiş dinc insanlara qarşı törədilmiş terrordan söhbət açılıb, qonaqlara erməni terorundan bəhs edən material və faktlar təqdim edilib.

Tədbir zamanı Şərqdə yaranmış ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə olan ərazisindən bəhs edilib və sübut kimi həmin dövrə aid xəritələr və İstiqlal Bəyannaməsi nümayiş etdirilib. Bildirilib ki, ermənilərin yürütdükləri işğaqçılıq siyasəti nəticəsində bu gün Azərbaycanın əzəli torpaqlarının bir qismi indiki Ermənistan ərazisində yerləşir və hətta Ermənistanın özü də bir dövlət kimi qədim Azərbaycan torpağı olan İrəvan xanlığının əraziləri hesabına formalaşıb.

Tədbirin sonunda qonaqlara Azərbaycan tarixindən və erməni terorundan bəhs edən kitablar hədiyyə olunub.

Elgün Niftəli

Şərh yaz