David Zalkaliani: Sülh razılaşması bölgədə davamlı sülh yaratmağa imkan verəcək

2

Gürcüstan Cənubi Qafqazın bir parçasıdır və bölgədə baş verən prosesləri diqqətlə izləyir.

Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri David Zalkaliani “İmedi” telekanalına müsahibəsində deyib.

Nazir bildirib ki, Rusiya və Türkiyənin iştirakı ilə razılığın əldə edilməsi Azərbaycanın və Ermənistanın seçimi olub.

Zalkaliani qeyd edib: “Gürcüstan bununla bağlı mövqeyini çox açıq şəkildə ifadə edib. Ümid edirəm ki, sülh razılaşması tərəflərə bölgədə davamlı sülh yaratmaq imkanı verəcək”.

Nazir Gürcüstanın sülh prosesindəki rolu ilə bağlı təklifinin qüvvədə qaldığını vurğulayıb.

Şərh yaz