Fransada son sutka ərzində koronavirusdan 508 ölüm faktı qeydə alınıb

3

Fransada son sutkada COVID-19 pandemiyasından xəstəxanalarda 508 ölüm faktı qeydə alınıb.

Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat verib.

Bildirilib ki, xəstəxanalarda 33 497 koronavirus xəstəsi müalicə alır.

Ölkədə koronavirus qurbanlarının ümumi sayı 45 054-ə çatıb. Bu ölüm hallarının 31315-i xəstəxanalarda, 13739-u isə qocalar evlərində qeydə alınıb. Ölkədə ümumi 1991233 yoluxmadan 9406-sı son sutkada aşkarlanıb. Yeni yoluxma sayında azalma müşahidə olunsa da, xəstəxanalara daxil olanların sayı artmaqdadır.

Şərh yaz