Qeyri-neft-qaz məhsullarının ixracı azalıb

3

Yanvar-sentyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracının dəyəri 2019-cu ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 9,2 faiz, real ifadədə isə 18,2 faiz azalaraq 1 milyard 282,4 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,9 faiz), Türkiyəyə (19,6 faiz), İsveçrəyə (12,9 faiz), Gürcüstana (7,8 faiz), Çinə (2,6 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (1,8 faiz), İrana (1,6 faiz), Qazaxıstana (1,5 faiz), Belarusa (1 faiz), ABŞ-a (0,9 faiz), Türkmənistana (0,9 faiz), Almaniyaya (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Şərh yaz