Rusiyada bir gündə koronavirusdan ölənlərin sayı 456 nəfərə çatıb

5

Rusiyada ötən gün koronovirusdan 456 nəfər vəfat edib.
AZƏRTAC xəbər verir ki, bir gün əvvəl bu rəqəm 443 nəfər təşkil edirdi. Gün ərzində 20 985 xəstə aşkar edilib və koronavirus xəstələrinin ümumi sayı 1 991 998 nəfərə çatıb.
Bir gündə 25 179 nəfər sağalıb, 456 nəfər həyatını itirib. Ümumilikdə, ölkədə indiyədək koronavirusdan 1 4501 083 xəstə sağalıb, 34 387 nəfər ölüb.
Ən çox yoluxma halı (4174) Moskvada qeydə alınıb.
COVID-19 xəstələrinin sayına görə Rusiya hazırda dünyada beşinci yerdədir.

Şərh yaz