Azərbaycan Memarlar İttifaqının Qarabağ ərazisində regional bölmələri yaradılacaq

3

Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi və azad edilmiş ərazilərdə abadlıq-quruculuq işlərinin aparılmasına başlanılması ilə əlaqədar olaraq, Azərbaycan Memarlar İttifaqının Katibliyi tərəfindən Qarabağ ərazisində qurumun iki regional bölməsinin – Yuxarı Qarabağ üzrə Şuşa şəhərində və Aşağı Qarabağ üzrə Ağdam şəhərində yaradılması barədə qərar qəbul edilib.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, Şuşa rayonu və Ağdam rayonu icra hakimiyyəti başçılarının da dəstəklədiyi bu qərara uyğun olaraq, imkan yaranan kimi Azərbaycan Memarlar İttifaqı Katibliyinin nümayəndəliyinin Şuşa və Ağdam yerli icra hakimiyyəti orqanları ilə birlikdə təşkilati məsələləri həll etmək üçün Şuşa və Ağdam şəhərlərinə yollanması nəzərdə tutulub.

Şərh yaz