Azərbaycanda minik avtomobilinin istehsalı azalıb

4

Cari ilin yanvar-oktyabr aylarında ölkədə 1497 və ya ötən ilin müvafiq dövrünə nisbətən 383 ədəd az minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 10 ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 297,9 milyon manatlıq məhsul istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 64,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 50,3 faiz, maşın və avadanlıqların istehsalı isə 41,4 faiz artıb.

Şərh yaz