Milli Məclis Xocalının Quçşubaba kəndinin Baharlı, Xocavəndin Tsakuri kəndinin isə Hünərli adlandırılmasına dair qanun layihələrini təsdiqləyib

6

Milli Məclis Xocalı rayonunun Quçşubaba kəndinin bundan sonra Baharlı, Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması ilə bağlı qanun layihələrini təsdiq edib.
Azərbaycan Respublikasının Xocalı rayonunun Quçşubaba kəndi bundan sonra Baharlı adlandırılacaq.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin noyabrın 20-də keçirilən iclasında “Azərbaycan Respublikasının Xocalı rayonunun Quçşubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihələri müzakirəyə çıxarılıb.
Hər iki qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Şərh yaz