İranın din xadimləri Azərbaycanı dəstəkləyirlər

4

Qarabağ Azərbaycana məxsus bölgədir və müsəlmanlar onun erməni işğalından azad edilməsini dəstəkləməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Ali Rəhbərinin Zəncan vilayəti üzrə nümayəndəsi, vilayətin imam cüməsi Şeyx Əli Xatəmi deyib.
Zəncanda din xadimlərinin iştirakı ilə keçirilən toplantıda qeyd olunub ki, uzun müddət işğalda qalan Qarabağ Azərbaycan Ordusu tərəfindən azad edilib. Bu münaqişədə Azərbaycan haqlı olduğunu sübuta yetirib və müsəlmanların borcu Azərbaycana mənəvi dəstək göstərməkdən ibarət olmalıdır.
Çıxış edən din xadimləri diqqətə çatdırıblar ki, regiondan qazanc əldə etməyə çalışan xarici qüvvələr fitnə-fəsad törətməyə çalışırlar. Lakin xalqlarımızın yaxınlığı və dövlətlərimizin siyasəti buna imkan verməyəcək.

Şərh yaz