Yeni seçilmiş Prezident Baydenin mətbuat katibi Cen Psaki olacaq

5

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden öz kommunikasiya mətbuat xidmətinin rəhbərləri vəzifələrinə qadın cinsinin nümayəndələrini təyin edib.

Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bu komandaya əvvəllər Baydenin kommunikasiya üzrə direktor müavini olmuş Keyt Bedinqfild başçılıq edəcək.

Prezident Barak Obamanın vaxtında Ağ evin kommunikasiyalar üzrə rəhbəri olmuş 41 yaşlı Cen Psaki isə Baydenin mətbuat katibi olacaq.

Qeyd edək ki, Co Bayden gələn il yanvarın 20-də Prezident kimi and içəcək.

Şərh yaz