Goranboy rayonunda çoxmənzilli fin tipli yaşayış evində beş mənzil yanıb

1

Goranboy rayonunun Kürəkçay qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Goranboy rayon dövlət yanğından mühafizə hissəsindən 20 kilometr məsafədə ümumi sahəsi 525 kvadratmetr olan birmərtəbəli çoxmənzilli fin tipli evdə ayrı-ayrı vətəndaşlara məxsus beş mənzilin konstruksiyaları və dam örtüyü 249 kvadratmetr sahədə yanıb.

Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə zamanı yanğınsöndürənlər mənzil sahiblərindən birinin – 1974-cü il təvəllüdlü Verdiyev Altay Paşa oğlunun yanmış cəsədini aşkarlayaraq aidiyyəti üzrə təhvil veriblər. Bir nəfər isə yanıq xəsarətləri alıb.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Şərh yaz