Türkiyədə 5 bal gücündə zəlzələ olub

8

Türkiyənin Siirt vilayətində Rixter cədvəli üzrə 5.0 bal gücündə zəlzələ olub.

Herbiand.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, yeraltı təkan Türkiyə vaxtı ilə saat 8.45-də qeydə alınıb.

Əhalinin böyük təşvişinə səbəb olan zəlzələ Diyarbəkir, Şırnak və Şanlı Urfa bölgələrində də hiss olunub.

Vilayət rəhbərliyinin bildirdiyinə görə, Siirt şəhərində dağıntı barədə məlumat yoxdur. Zəlzələnin ətraf bölgələrə təsiri araşdırılır.

Şərh yaz