Advertisment

Rus ordusu daha bir “Abrams” tankını vurub

Rusiya hərbçiləri Avdeyevka istiqamətində Amerikanın daha bir “Abrams” tankını məhv ediblər.

Herbiand.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Rusiya Silahlı Qüvvələrinin daha bir Amerika tankını sıradan çıxarması faktı martın 28-də məlum olub. Oryol vilayətinin qubernatoru Andrey Klıçkov müşaviri Sergey Lejnevə istinadən məlumat verib ki, “Abrams” tankı Berdiçev bölgəsində rus ordusunun “Mərkəz” qoşun qrupunun irəliləməsi zamanı vurulub.

Tankın məhv edildiyi an lentə alınıb. Tarlanın ortasında yerləşən “Abrams” rus pilotsuz təyyarəsinin hücumuna məruz qalıb.

Bəxtiyar CƏFƏRLİ