Advertisment

SON DƏQİQƏ:Ağır qəza ölən və yaralananlar var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA -nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayon ərazisində baş verib. “Ford” markalı yük maşını ilə “Mercedes” markalı iki minik maşını toqquşub. 

Nəticədə Ələşrəf Rüstəm oğlu Mövsümov hadisə yerində ölüb, Arifə İsa qızı Manafova və Ayna Qaraxan qızı Tağıyeva isə ağır xəsarət alıblar. Müxtəlif xəsarətlər alan hər iki yaralı Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.