Advertisment

“Ukraynanın Krım körpüsünə hücum etmək imkanı yoxdur” - Rusiyalı deputat

“Bu gün Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə hücum etmək imkanı yoxdur”.

Herbiand.az xəbər verir ki, bunun baş vermə ehtimalını “İzvestiya”ya müsahibəsində Rusiya Dövlət Dumasının Krım vilayətindən olan deputatı Mixail Şeremet dəyərləndirib.

İyul ayına qədər Krım körpüsünün dağıdılması planları ilə bağlı Ukrayna rəsmilərinin Britaniyanın “The Sun” nəşrində dərc olunan bəyanatlarına münasibət bildirən Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin belə bir imkanı olsaydı, bunu artıq etmişdilər: “Əslində, onlar başa düşürlər ki, körpü etibarlı mühafizə altındadır və hər hansı istənilən tədbirin həyata keçirilməsi demək olar ki, mümkün deyil”.

O, həmçinin vurğulayıb ki, Krım körpüsü bu gün strateji deyil, humanitar əhəmiyyətə malikdir.

Bəxtiyar CƏFƏRLİ