Advertisment

“PUA-lar Rusiyanın müdafiə xətlərini məhv etmək iqtidarında deyil” - Nazarov

“Pilotsuz uçuş aparatları (PUA) artilleriya mərmilərini əvəz etməyəcək. Çünki onlar Rusiyanın müdafiə xətlərini məhv etmək iqtidarında deyil”.

Herbiand.az lenta.ru-ya istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının müşaviri Viktor Nazarov “The New York Times” qəzetinə müsahibəsində Ukrayna pilotsuz təyyarələrinin səmərəsizliyindən danışıb.

“Pilotsuz təyyarələr hərbi texnika və tankları effektiv şəkildə məhv edə bilər, lakin siz dronların köməyi ilə müdafiə xətlərini məhv edə bilməzsiniz”, - Nazarov deyib

Keçmiş baş komandanın müşaviri əlavə edib ki, Moskvanın artilleriya atışlarında 10-nun 1-ə üstünlüyü olduğu bir şəraitdə Rusiya ordusunun qələbə şansı çox yüksəkdir.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski etiraf edib ki, Kiyevin ABŞ-ın hərbi yardımı olmadan münaqişədə qalib gəlmək şansı yoxdur.

Bəxtiyar CƏFƏRLİ