Advertisment

Turistlər batmış qayıqdan möcüzəvi şəkildə sağ qalıblar

Kolumbiyada xeyli sayda turist yaxta ilə gəzintiyə çıxıb. Lakin gəzinti zamanı qəza baş verib. Nəticədə turistlər  Kolumbiyanın Kartaxena sahillərində batan gəmidən möcüzəvi şəkildə sağ qalıblar.

Herbiand.az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

Nəşrin məlumatına görə, “Bahari” gəmisi aprelin 12-də İslas-del-Rosario adalarına səfərdən sonra amerikalı səyahətçiləri daşıyırmış. Səyahət zamanı gəmi texniki problemlərlə qarşılaşıb və bunun nəticəsində su ilə dolmağa başlayıb. Yaxınlıqdakı qayıqlar hadisəni görərək köməyə gəliblər.

Batmış yaxtadan ümumilikdə 2 ekipaj üzvü olmaqla 14 nəfər xilas edilib. Sonradan məlum olub ki, gəminin sahibi olan şirkətin turistləri daşımaq üçün lisenziyası olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bəxtiyar CƏFƏRLİ