Advertisment

Məşhur mafioz toyun ildönümünü öldürülən müstəntiqin dəfn olunduğu kilsədə qeyd edib

Məşhur Siciliya mafiya başçısına kilsədə gümüş toy ildönümünü qeyd etməyə icazə verilib.

Herbiand.az bildirir ki, bu barədə “The Telegraph” yazıb.

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, həmin kilsədə vaxtilə mafiya tərəfindən avtomobilinin partladılması nəticəsində öldürülən böyük müstəntiq dəfn olunub.

Palermodakı katolik din xadimləri bu məlumatdan məəttəl qalıblar. Onlar “Qarınqulu” ləqəbi ilə tanınan Tommaso Lo Prestinin kimliyi haqqında heç bir təsəvvürlərinin olmadığını söyləyiblər. O mafiya ilə əlaqəli bir sıra cinayətlərə, həmçinin qəsb, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərə görə 12 il həbsdə yatdıqdan sonra bu yaxınlarda azadlığa çıxıb.

Lo Presti və həyat yoldaşı Teresa Marino aprelin 15-də Palermonun tarixi mərkəzindəki San Domeniko kilsəsində təşkil olunan dəbdəbəli mərasimlə evlilik andlarını təsdiqləyiblər. Onları İtaliya mətbuatında "Cosa Nostranın ən məşhur cütlüyü" kimi adlandırırlar.

Bəxtiyar CƏFƏRLİ