Advertisment

Naxçıvana dron hücumu  - İLKİN NƏTİCƏLƏR

İrandan Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu ilə bağlı ilkin informasiyalardan sonra bu nəticələri çıxarmaq olar.

Birincisi - Tehran rejimi içərisində xaos hökm sürür. Rejim daxilində parçalanma var və bu qüvvələrdən hansısa Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlıdır.

İkincisi – Hava limanının hədəfə alınması təsadüfi deyil. İranda yaxşı bilirlər ki, Azərbaycanın bu Naxçıvan bölgəsi ilə yeganə əlaqəsi hazırkı şəraitdə hava ilə mümkündür. Və hava limanının hədəfə alınması bu əlaqənin kəsilməsinə hesablanıb.

Üçüncüsü – İran rejimindəki qüvvələr türk əsilli prezidentin Azərbaycan və Türkiyə ilə qarşılıqlı anlaşma şəraitində yaşayış üçün atdığı addımlardan narahatdır. Türk dövlətləri ilə isti münasibət qıcıq yaradır.

Dördüncüsü – Rusiya və İranın iradəsinin əleyhinə olaraq Azərbaycanın ABŞ-la münasibətlərinə yaranmış yeni dinamika, Zəngəzur dəhlizi ilə bağlı atılan praktiki addımlar Tehrandakı aqressiv mühafizəkar kəsimi qane etmir.
Asəf Quliyev