Amerikanın Boeing şirkəti XLE2 adı təyin olunmuş ikinci “Orca” ultra böyük pilotsuz sualtı nəqliyyat vasitəsini istismara verib.
Herbiand.az xəbər verir ki, bu, ABŞ Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulub.
“Orca” aparatları müşahidə, kəşfiyyat və baxış, minalama, sualtı qayıqlara qarşı mübarizə və ekspedisiya əməliyyatları üçün nəzərdə tutulub.
Cihazın uzunluğu 26 metr, su tutumu 85 tondur. Ümumi çəkisi 8 tona qədər olan böyük yük bölməsi ilə təchiz olunub.
Boeing-in məlumatına görə, “Orca” ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı əməliyyatlarının məsafəsini və tezliyini artıracaq, eyni zamanda logistika xərclərini azaldacaq.
Bəxtiyar CƏFƏRLİ