Advertisment

Almaniya Bundestaqının sədri Kiyevə gəlib

Bundestaq prezidenti Yuliya Klökner çərşənbə günü, 11 mart tarixində Kiyevə elan edilməmiş səfərə gəlib.

Herbiand.az xəbər verir ki, bu onun vəzifəsinə başladıqdan sonra Kiyevə ilk səfəridir.

Klökneri Kiyev dəmir yolu stansiyasında Ali Radanın spikeri Ruslan Stefançuk qarşılayıb.

Qonaq dəmir yol vağzalında bildirib: "Kiyevə davamlı dəstəyimizi nümayiş etdirməyimiz bizim üçün çox vacibdir. Hazırda əksəriyyətin diqqəti Yaxın Şərqə, İrana yönəlib. Lakin bu ölkə təcavüzkar müharibəsinin beşinci ilinə qədəm qoyur. Həmçinin Almaniyanın Ukraynanın güclü tərəfdarı olmağa davam edəcəyini açıq şəkildə bildirirəm. Çünki Ukraynada sabitlik bizim maraqlarımıza uyğundur".