Advertisment

İcraçı direktor: WUF13-ün akkreditasiya mərkəzində bütün əməkdaşlar azərbaycanlıdır

“Akkreditasiya mərkəzimizdə də bütün əməkdaşlar azərbaycanlıdır və fəaliyyətimizdə heç bir xarici platformaya istinad olunmur”.

Herbiand.az xəbər verir ki, bu sözləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib.

O bildirib ki, bu, fəxr edilməli məqamdır:

“Hazırda 3000 könüllü fəaliyyət göstərir. Onlardan 100-ə yaxını əcnəbidir”.

Adil Məmmədov həmçinin qeyd edib ki, WUF13-ün keçiriləcəyi Bakı Olimpiya Stadionunda "WUF13 Media Mərkəzi" tam mərkəzdə yerləşir: "Media mərkəzi elə bir ərazidə qurulub ki, istənilən nöqtədən ora rahat şəkildə getmək mümkündür. Ərazidə həmçinin istiqamətləndirici və məlumatlandırıcı lövhələr yerləşdirilib. Həmin lövhələr iştirakçılara istiqamətləri müəyyənləşdirməyə kömək edir".