Advertisment

Ermənistan müxalifəti küçə döyüşlərinə hazırlaşır

Müxalifət istənilən mübarizə formasına hazırdır.

Herbiand.az xəbər verir ki, bunu ev dustaqlığında olan "Güclü Ermənistan" partiyasının baş nazirliyə namizədi, iş adamı Samvel Karapetyan bir qrup erməni media redaktoru ilə görüşdə müxalifətin küçə döyüşlərinə hazır olub-olmadığı ilə bağlı suala cavab olaraq bildirib.

Hakimiyyətin ona təklif etdiyi razılaşmanı aydınlaşdırmaq istənildikdə, Karapetyan bildirib ki, bir təklif həbsxanada olarkən Moskvadakı dostları vasitəsilə çatdırılıb. Lakin bundan əvvəl, hətta həbsindən əvvəl belə, ona yüksək səviyyəli bir təklif edilib ki, kilsəni müdafiə etməyəcəyini bəyan etsin. Bundan sonra hər şey geri qaytarılacaqdı. "Mən təklifi rədd etdim və davam etdim", - deyə Karapetyan bildirib.