ABŞ prezidenti Donald Tramp İsrail və Livan arasında müvəqqəti atəşkəs elan etməsi bir dah sübut edir ki, hər vasitə ilə İranla müharibəyə son qoymaq üçün çalışır.
Herbiand.az xəbər verir ki, “Politico” nəşri qiymətlərin artması və reytinqlərin düşməsi ilə üzləşən Trampın Tehranın bəzi tələblərinə güzəştə gedə biləcəyini yazıb.
Danışıqlarla tanış olan yüksək vəzifəli Körfəz rəsmisi aparılan danışıqları belə şərh edib: "O, həqiqətən də bunun bitməsini istədiyi üçün daha çox güzəştə getməyə hazırdır".
Rəsmi əlavə edib ki, Tramp "danışıqlara ciddi yanaşır və həqiqətən də bunun bitməsini istəyir, lakin iranlılar indiyə qədər ona siamsını qoruyaraq Körfəzdən geri çəkilməsi üçün lazım olanı verməkdən imtina ediblər".
Nəşr Trampın İranın uran zənginləşdirilməsinə 20 illik moratorium daxil edə biləcək bir razılaşma ideyasını rədd etdiyini etiraf edib.
Ağ Ev prezidentin İrana gələcəkdə mülki məqsədlər üçün uranı zənginləşdirməyə imkan verəcək bir razılaşmanı qəbul edib-etməyəcəyi sualına konkret cavab verməyib.
Lakin danışıqlarla tanış olan iki nəfər rəsmi şəxsin sözlərinə görə, 20 illik moratorium əslində Tramp administrasiyasının təklifidir. Bu iki nəfərin sözlərinə görə, İran yalnız beş illik moratorium təklif edib. Tramp həmçinin İrandan qismən zənginləşdirilmiş uran tədarükündən imtina etməyi tələb edir. Lakin Tehran bu tələbi rədd edir.
Bundan əlavə, Tramp İranın "yeraltında olan nüvə tozunu təhvil verməyə razı olduğunu" bildirsə də, Tehran hələlik bunu təsdiqləməyib.
Nəşr bildirib ki, bu mübahisəli məsələlər Trampın danışıqlarda ABŞ-ın "kartları əlində saxladığı" iddialarına baxmayaraq, İranın Hörmüz boğazında dəniz nəqliyyatını məhdudlaşdırmaqla qlobal bazarlara nəzarəti qoruyarkən blokadalara və bombardmanlara tab gətirmək qabiliyyətini nümayiş etdirdiyini açıq şəkildə göstərir.
Əgər Tramp nəticədə boğazın blokadasına son qoysa və uranın daha da zənginləşdirilməsinə imkan verən bir razılaşmanı qəbul etsə, bu, onun strategiyası ilə bağlı suallar doğuracaq.
"Bu müharibə çox böyük maddi ziyana, insan itkisinə, ABŞ üçün yaratdığı təcridə səbəb olub", deyən beş dəfə ABŞ səfiri olmuş, təcrübəli diplomat Kristofer Hill əlavə edib ki, "son bir ayda baş verənləri əsaslandırmaq və ya hətta izah etmək çətindir".