Advertisment

Rusiyanın növbəti təhdidi

“Rusiya Almaniya müdafiə şirkətlərinin rəhbərlərini qorxutmaq istəyir”.

Herbiand.az xəbər verir ki, bunu "Handelsblatt" qəzetinə verdiyi müsahibədə Türingiya Torpaqlarında Konstitusiyasının Mühafizəsi üzrə Dövlət İdarəsinin rəhbəri Stefan Kramer bildirib.

Rusiyanın Almaniya müdafiə şirkətlərinin ünvanlarını dərc etməsi ilə bağlı şərh verən Kramer qeyd edib ki, o, bu addımı Almaniyanın Ukraynaya dəstəyini azaltmağa yönəlmiş "psixoloji müharibə"nin bir hissəsi hesab edir.

Xatırladaq ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna dronları üçün hissələr istehsal edən xarici şirkətlərin ünvanlarının siyahısını dərc etmişdi. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu şirkətləri zərbələr üçün "potensial hədəflər" adlandırmışdı.

Stefan Kramerin sözlərinə görə, Ukraynaya silah tədarükündə iştirak edən alman şirkətləri Rusiyadan gələn "hibrid təhdidlər"dən ən çox risk altındadır.