Advertisment

KTMT-də aktiv işlərin bərpası üçün heç bir addım atılmayacaq – PAŞİNYAN

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aktiv işlərin bərpası üçün heç bir addım atmayacaq.

Herbiand.az üerməni mənbələrinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki platformasına daxil olan çoxtərəfli formatlarda əməkdaşlıq haqqında müddəaları təqdim edərkən bildirib.

"Bildiyiniz kimi, Ermənistan Respublikasının KTMT-dəki üzvlüyü dondurulub və onun fəaliyyətini bərpa etmək üçün heç bir addım atılmayacaq. Bu, bizim seçki platformamızda da qeyd olunub".

Ermənistanın digər çoxtərəfli formatlarda iştirakından danışan Paşinyan qeyd edib ki, Ermənistanın çoxtərəfli formatlarda iştirakı balanslı və ədalətli xarici siyasətin effektivliyini artırmaq üçün vacibdir.