“Volxov” dizel-elektrik sualtı qayığı Yapon dənizində taktiki təlimlər keçirib. Bu təlimlər zamanı simulyasiya edilmiş düşmən gəmilərinin dəstəsinə torpeda raketləri atılıb.
Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir.
Məlumata görə, sualtı qayığın heyətinə gizli şəkildə bir qrup hədəfə yaxınlaşmaq və simulyasiya edilmiş düşmən gəmilərinin dəstəsinə hücum etmək tapşırığı verilib. Atəş üçün iki təlim torpedasından istifadə edilib. Döyüş təlimini başa vurduqdan sonra “Volxov” izlənmədən yayınaraq ərazidən gizli şəkildə çıxıb.
“Volxov”un uzunluğu 73 metr, eni 10 metr, su tutumu 3950 tondur. Suya maksimal enmə dərinliyi 300 metrdir. Heyət 52 nəfərdən ibarətdir. Silahlanmaya altı ədəd 533 mm-lik torpedo boruları, minalar və “Kalibr” raket sistemləri daxildir.
Bəxtiyar CƏFƏRLİ