Advertisment

“NATO-nun dağılacağını gözləməyin” - Estoniya müdafiə naziri

Estoniya müdafiə naziri Hanno Pevkur NATO-nun dağılmayacağını və ABŞ-ın artan gərginlik fonunda müttəfiqləri üçün təhlükəsizliyin qarantı olaraq qalacağını bildirib.

Herbiand.az xəbər verir ki, o, bu barədə Vilnüsə səfəri zamanı bildirib.

Müdafiə naziri qeyd edib ki, Rusiyanın mümkün hücumu halında ABŞ-ın öz müttəfiqlərini müdafiə etməyə hazır olduğuna şübhə etmir: “Bəli, mən ABŞ-a inanıram və bəli, mən bütün müttəfiqlərimizə güvənirəm”.

Bəxtiyar CƏFƏRLİ