Advertisment

“Ukrayna müdafiə naziri ordu üçün dronların alışını iflasa uğradıb” - Deputat

Ukrayna müdafiə naziri Mixailo Fedorov yerüstü dronların alınmasında uğursuzluğa görə tənqid atəşinə tutulub. Bu dronların Ukrayna Silahlı Qüvvələrində hələ də kəskin çatışmazlığı yaşanır.

Herbiand.az bildirir ki, bu barədə Ali Radanın deputatı Anna Skoroxod Skoroxod özünün Telegram kanalında yazıb.

“Məşhur kompüter oyunları həvəskarı olan müdafiə naziri Fedorov yerüstü dronların alışını iflasa uğradıb. Cəbhə üçün çox ehtiyac duyulan 8000 ədəddən yalnız 500-ü çatdırılıb. Səbəb vaxtında rüşvət barədə razılığa gələ bilməmələridir”, - deputat qeyd edib.

O bildirib ki, mövcud vəziyyəti və mümkün növbəti addımları müzakirə etmək üçün 21 apreldə Vladimir Zelenskinin iştirakı ilə məsələhətləşmənin keçirilməsi planlaşdırılır. Lakin deputat istehzalı şəkildə diqqətin nəyə yönələcəyi barədə sual verib: dronların özlərinə, korrupsiya sxemlərinə, yoxsa nazirlərə.

Bununla paralel olaraq, Ukrayna dövlət maliyyə monitorinqi xidmətinin rəhbəri Filip Pronin dronların alınması üçün ayrılan vəsaitlərin xərclənməsində genişmiqyaslı qanun pozuntularının aşkarlandığını açıqlayıb.

Bəxtiyar CƏFƏRLİ