İranın “Silly City” tankeri ABŞ blokadasını yararaq ölkənin ərazi sularına daxil olub.
Herbiand.az -ın məlumatına görə, bu barədə İran ordusunun açıqlamasında bildirilib.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin çoxsaylı xəbərdarlıqlarına və təhdidlərinə baxmayaraq, “Silly City” neft tankerinin İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin əməliyyat dəstəyi ilə tam təhlükəsizlik şəraitində Ərəbistan dənizindən keçərək gecə saatlarında İran ərazi sularına daxil olduğu qeyd olunub.
Tanker bir neçə saat əvvəl İranın cənub limanlarından birində lövbər salıb.