Advertisment

“Rusiya artilleriya mərmilərinin istehsalında AB ölkələrini iki dəfə üstələyir” - Kubilyus

Rusiya silah istehsalında AB ölkələrini xeyli üstələyir.

Herbiand.az bildirir ki, bu nəticəyə Avropanın müdafiə üzrə komissarı Andryus Kubilyus Avropa Parlamentində keçirilən dinləmələr zamanı gəlib.

Komissar Rusiyanın artilleriya mərmi istehsalının AB-nin ümumi gücündən təxminən iki dəfə çox olduğunu, qanadlı raketlərdə isə fərqin təxminən dörd dəfə çox olduğunu təxmin edib.

Kubilyus ötən il üçün konkret rəqəmləri sadalayıb: Rusiya təxminən 1100 qanadlı raket istehsal edib, AB-də bu rəqəm 300 olub. Ballistik raket seqmentində fərq daha da əhəmiyyətlidir - Rusiya 900 raket, AB-də isə istehsal olmayıb. Artilleriya sursatına gəldikdə, Rusiya 4 milyon istehsal edib, Avropa ölkələrində isə 2 milyon sursat təşkil edib. Komissar əminliklə deyib ki, məlumatlar açıq mənbələrdən əldə edilib.

O, vurğulayıb ki, bu fərq Avropa üçün ciddi problem yaradır: “AB-nin məqsədi ölkəni hərbi cəhətdən “effektiv şəkildə çəkindirmək”dirsə, onda Avropa Birliyi silah istehsalını artırmalı və Rusiyanınkından daha yüksək səviyyəyə çatmalıdır”.

Bəxtiyar CƏFƏRLİ